23 C
Gence
18.5 C
Ganja

Şəhid Elşad Əmiraslanovun mövlududur

Bu gün şəhid Elşad Əmiraslanovun doğum günüdür.

Elşad Hüseyn oğlu Əmiraslanov 19 sentyabr 1967-ci ildə Gəncədə anadan olub. O, Maksim Qorki adına 1 saylı orta məktəbi bitirib. Tikiş fabrikində işləyib.

18 yaşı tamam olan kimi əsgərliyə çağırılıb. Kalininqrad şəhərində xidmət edib. 1993-cü ilin noyabr ayında Nizami Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınıb. Tağım komandiri olub. O, Ağcabədi bölgəsində vuruşub. Göstərdiyi yüksək hərbi xidmətə görə hərbi hissə komandiri tərəfindən mükafatlarla təltif olunub.

Elşad Hüseyn oğlu Əmiraslanov 26 iyun 1994-cü ildə döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.