19.1 C
Gence
19.1 C
Gence

Şəhid Cavad Tağıyevin mövlududur

Bu gün şəhid Cavad Tağıyevin doğum günüdür.

Cavad Səfər oğlu Tağıyev 11 may 1963-cü ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. Orta təhsilini Xoşbulaq kənd orta məktəbində alıb. 1983-cü ildə Gəncə şəhərinə gələrək burada sürücülük məktəbini bitirib və bir müddət 2705 nömrəli qarajda sürücü kimi işləyib.

4 may 1994-cü ildə könüllü olaraq idarə etdiyi “Zil” markalı avtomobili ilə silah-sursat daşımaq məqsədilə cəbhəyə yollanıb. 8 may 1994-cü ildə növbəti dəfə Murov dağında post quran əsgərlərimizə silah-sursat daşıyan zaman avtomobili ermənilər tərəfindən “Qrad”la vurulub. Həmin gün Cavad Səfər oğlu Tağıyevin nəşi Gəncəyə gətirilərək Şəhidlər xiyabanında dəfn olunub.

Ən Çox Oxunan