Bu gün şəhid Arzu Nəbiyevin doğum günüdür.
Arzu Babaş oğlu Nəbiyev 10 aprel 1972-ci ildə Gəncədə anadan olub. Orta təhsilini 19 saylı orta məktəbdə alıb. Daha sonra 1990-cı ildə Moskva inşaat Mühəndisləri İnstitutuna daxil olub. O, dəfələrlə şahmat üzrə respublika səviyyəli yarışlarda qələbə qazanıb.
Arzu Nəbiyev birinci kursda institutun qiyabi şöbəsinə keçib. 1991-ci ildə Ukraynanın Çerniqovski vilayətində həqiqi hərbi xidmətdə olub. 1992-ci ildə o, Vətənə qayıdıb və hərbi polis alayına qoşulub. Çaykənd, Ağcakənd, Gülüstan, Ağdərə rayonunda vuruşub.
Arzu Babaş oğlu Nəbiyev 29 iyun 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə vəhşicəsinə öldürülüb. O, Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.