13.6 C
Gence
13.5 C
Ganja

Şəhid Arif Əliyevin mövlududur

Bu gün şəhid Arif Əliyevin doğum günüdür.

Arif Camal oğlu Əliyev 15 noyabr 1970-ci ildə Gəncədə anadan olub. 3 saylı orta məktəbdə oxuyub. 38 saylı texniki-peşə məktəbini bitirib.

O, Almaniyada həqiqi hərbi xidmətdə olub. Daha sonra 4 saylı Ərazi Nəqliyyat Kontorunda işləyib.

8 yanvar 1993-cü ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınıb. 123 saylı hərbi hissənin tərkibində vuruşub. O, Ağdərə uğrundakı döyüşlərdə iştirak edib, daha sonra Vəng kəndinin yaxınlığında mühasirəyə düşüb. Dostlarını mühasirədən xilas edə bilsə də, son anda düşmən gülləsinə tuş gəlib.

Arif Camal oğlu Əliyev 18 aprel 1993-cü ildə şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz Gəncə Şəhidlər xiyabanında dəfn olunub.

Ən Çox Oxunan