Bu gün şəhid Araz Məmmədovun doğum günüdür.
Araz Adil oğlu Məmmədov 5 fevral 1994-cü ildə Tovuz rayonunda anadan olub. 2001-2012-ci illərdə orta təhsilini Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə alıb. 2013-cü ildə hərbi xidmətə yollanıb.
27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsinin başlaması ilə əlaqədar yenidən ordu sıralarına çağırılıb. O, kəşfiyyatçı kimi Tərtər rayonunun Suqovuşan kəndi, Xocavənd rayonunun Ağoğlan (Hadrut) qəsəbəsi və Laçın dəhlizinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Araz Adil oğlu Məmmədov 4 noyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 6 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.