14.1 C
Gence
11.5 C
Ganja

Şəhid Araz Məmmədov və Mədət Əhmədovun mövlududur

Bu gün şəhid Araz Məmmədov və Mədət Əhmədovun doğum günüdür.

Araz Telman oğlu Məmmədov 18 noyabr 1980-ci ildə Şəmkirdə anadan olub. Nəriman Nərimanov adına tam orta məktəbi bitirib. O, Naxçıvan Muxtar Respublikasında hərbi xidmətdə olub. Maxe hərbi qulluqçu kimi çalışıb. Hərbi xidmətdə olanda bir sıra təltiflərə layiq görülüb.

Araz “Qüsursuz xidmətə görə” II və III dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medaları ilə təltif olunub. 27 sentyabr 2020-ci il tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib.

Araz Telman oğlu Məmmədov sentyabrın 28-də burada şəhidlik zirvəsinə yüksəlib. Şəhidimiz 11 dekabr tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Prezident tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülüb.

Mədət Hümbət oğlu Əhmədov 18 noyabr 1954-cü ildə Daşkəsən rayonunun Əmirvar kəndində anadan olub. O, Əmirvar kənd orta məktəbini bitirib. 1972-1974-cü illərdə sovet ordusu sıralarında xidmət edib.

Rusiya Federasiyasının Kalininqrad şəhərində Ali Hərbi Məktəbi bitirərək leytenant rütbəsi alıb. Gəncədə hərbi aeroportda “İl-76» markalı təyyarədə işləyib. 1983-1984-cü illərdə təyyarəçi işlədiyi müddət ərzində Hindistanda, Əfqanıstanda, Vyetnamda dövlət əhəmiyyətli xüsusi tapşırıqlı səfərlərdə olub. Həmçinin Vyetnamda işlədiyi dövr ərzində Vyetnam dövləti tərəfindən “Tərifnamə” alıb. 130 saylı hərbi hissənin tərkibində baş leytenant rütbəsi ilə bölük komandiri, rabitə rəisi vəzifələrində xidmət edib.

Mədət Hümbət oğlu Əhmədov 1 yanvar 1994-cü ildə Ağdərə uğrunda gedən döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub. Ona ölümündən sonra mayor rütbəsi verilib.

Ən Çox Oxunan