21 C
Gence
21 C
Gence

Şəhid Amal Əhmədovun mövlududur

Bu gün şəhid Amal Əhmədovun doğum günüdür.

Amal Rauf oğlu Əhmədov 3 may 1996-cı ildə Rusiya Federasiyasının Tver şəhərində anadan olub. 2002-2013-cü illərdə Gəncə şəhəri 6 nömrəli tam orta məktəbdə oxuyub. Daha sonra Gəncə Dövlət Regional Kollecinin Nəqliyyatda daşımaların təşkili ixtisasına qəbul olub.

2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Qayıtdıqdan sonra təhsilini davam etdirərək 2019-cu ildə kolleci bitirib. 2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağırılıb. O, Xocavənd rayonunun Ağoğlan (Hadrut) qəsəbəsinin, Füzuli və Cəbrayıl rayonlarının azadlığı uğrunda vuruşub.

Amal Rauf oğlu Əhmədov 13 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. 19 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Ən Çox Oxunan