25.8 C
Gence
25.8 C
Gence

Şəhid ailəsinə və qaziyə yeni tikilən Gəncə yaşayış kompleksində mənzil verilib

Gəncədə şəhid ailəsi və qazi mənzillə təmin ediliblər. Bu haqda dekabrın 10-nu Azərbaycan televiziyasına istinadən məlumat veririk.

Evlər Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən Gəncə yaşayış kompleksində verilir. 1-ci Qarabağ müharibəsi əlili Nadir Kərimov artıq bir ildir ailəsi ilə 3 otaqlı mənzildə yaşayır.

Yaşayış sahəsi ilə təmin olunan qazilərdən biri də şəhid Rahib Novruzovun ailəsidir. Onun ailəsi bu kompleksdə iki otaqlı mənzillə təmin edilib.

Gəncə yaşayış kompleksində ümumilikdə 986 mənzildən ibarət 18 bina ilə yanaşı 1176 nəfərlik orta məktəb və 125 yerlik uşaq bağcası var. Cari ilin dekabrın 23-dən mənzillərin güzəştli şərtlərlə satışına başlanılacaq.

 

Ən Çox Oxunan