Gəncədə ehsan süfrəsi veriləcək. Bu haqda Gencexeber.az-a 6 noyabr tarixində məlumat daxil olub.
Şəhid ailələri və qazilər üçün ehsan süfrəsi təşkil olunacaq. Tədbir 8 noyabr saat 12:00-da “Montessori” Uşaq bağçasında baş tutacaq. Ehsandan sonra həmin ərazidə konsert proqramı nümayiş olunacaq.
Zəfər Gününə həsr olunmuş tədbir 3 nömrəli Musiqi Məktəbinin və “Montessori” Uşaq bağçasının təşəbüsü ilə keçiriləcək.