17.5 C
Gence
17.5 C
Gence

Şəhid Ağamirzə Quliyevin anadan olduğu gündür

Bu gün şəhid Ağamirzə Quliyevin mövlud günüdür.

Ağamirzə Quliyev 2 may 2001-ci ildə Gəncə şəhərində anadan olub. 2007-ci ildə Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksinə daxil olub, daha sonra Gəncə şəhər İsrafil Məmmədov adına 27 saylı məktəb-liseyinə qəbul edilib. Yaşayış yerinin dəyişməsi səbəbi ilə 21 saylı məktəbdə təhsil alıb, 2018-ci ildə Səməd Vurğun adına 41 saylı tam orta məktəbdən məzun olub.

2 may 2019-cu ildə 18 yaşı tamam olub və iyulun 5-i hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı 3 noyabr 2020-ci ildə Xocavənd döyüşlərində şəhadətə ucalıb.

19 noyabr 2020-ci il tarixində Gəncə Şəhidlər xiyabanında dəfn olunub.

Ən Çox Oxunan