17.5 C
Gence
17.5 C
Gence

Heydər Əliyevin yubileyinə həsr olunmuş sərgi baş tutub

Gəncədə sərgi təşkil olunub. Bu haqda 4 may tarixində Heydər Əliyev Mərkəzinə istinadən məlumat veririk.

“Ümummilli lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlı sərgi Mədəniyyət Nazirliyinin dəstəyi, Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilib. Burada ulu öndərin sovet və müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə ədəbiyyat, rəssamlıq, xalçaçılıq, bəstəkarlıq, heykəltaraşlıq, teatr, kino və s. mədəniyyət sahələrinə olan diqqət və qayğısını əks etdirən fotoşəkillər nümayiş olunur.

Azərbaycan Texnologiya Universitetinin tələbələri və Xocalı rayonu Kosalar kənd tam orta məktəbin şagirdləri sərgiyə baxış keçiriblər. Tədbirdə qeyd olunub ki, ölkəmizin mədəniyyəti Heydər Əliyevin ideyalarından bəhrələnib və inkişaf yolu keçib. O, Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyub.

Ən Çox Oxunan