17.5 C
Gence
17.5 C
Gence

Heydər Əliyevin yubileyinə həsr olunan veloyürüş baş tutacaq

Gəncədə növbəti yarış keçirilib. Bu haqda 6 may tarixində Regional Təhsil idarəsinə istinadən məlumat veririk.

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar veloyürüş Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutacaq. Yarış 10 may tarixində təşkil olunacaq.

Veloyürüş saat 16:00-da Gəncə şəhəri, Nizami Gəncəvi küçəsindən (“Ramada Plaza”nın qarşısından) start götürəcək və Heydər Əliyev Mərkəzinədək davam edəcək. 100 qadın təhsil işçisi, 100 qadın valideyn və 100 şagirdin iştirakı ilə həyata keçiriləcək veloyürüş üçün qeydiyyat aparılır. İştirak üçün artıq 450 nəfər müraciət edib.

Yürüşdə iştirak etmək istəyən şəxslərin aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməsi mütləqdir.

Qeydiyyat linki: https://forms.office.com/r/PHVjNCuUZZ

Ən Çox Oxunan