22.5 C
Gence
22.5 C
Gence

Heydər Əliyevin yubileyi ilə bağlı tədbir baş tutub

Gəncədə ümumşəhər tədbiri təşkil olunub. Bu haqda 11 may tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında Heydər Əliyevin yubileyinə həsr olunan ümumşəhər tədbirinin rəsmi hissəsi baş tutub. Burada icra başçısı Niyazi Bayramov, Türkiyənin və Gürcüstanın Gəncədəki baş konsulları Recep Öztop və Nikolos İaşvili, Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev, millət vəkilləri, QMİ Qazılar Şurasının üzvü, hüquq-mühafizə orqanlarının rəhbərləri, dairə seçki komissiyalarının sədrləri, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivləri, ziyalılar, ictimaiyyət nümayəndələri və media subyektləri iştirak ediblər.

Niyazi Bayramov ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdəlki fəaliyyəti ilə bağlı geniş məruzə oxuyub. Sonra “Əsrin adamı” adlı film nümayiş olunub. Azərbaycan Milli Elmlər Akakdemiyasının Gəncə Bölməsi tərəfindən nəşr olunan “Heydər Əliyev və Gəncə” adlı monoqrafiya təqdim edilib.

Ən Çox Oxunan