Gəncədə Heydər Əliyevin xatirəsi anılıb. Bu haqda 9 may tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşəbbüsü ilə “İmamzadə” ziyarətgah dini kompleksi və şəhər ərazisində təyinatı üzrə fəaliyyət göstərən məscidlərdə Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ulu öndərin ruhuna dualar oxunub. Xütbələr zamanı ümummilli liderin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edilib.
Sonra Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi təşkil edilib.