19.7 C
Gence
19.7 C
Gence

“Heydər Əliyevin İli”nə həsr olunmuş konfrans baş tutub

Gəncədə konfrans təşkil olunub. Bu haqda 26 may tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

“Gəncə şəhərinin ali məktəblərində mütəxəssis kadrların müasir dövrün tələbləri səviyyəsində hazırlanması üçün qarşıda duran vəzifələr” mövzusunda konfrans İcra Hakimiyyətinin və Gəncə şəhər Ağsaqqallar Şurasının birgə təşkilatçılıqları, Azərbaycan Dövlət Aqrar Universitetinin dəstəyi ilə keçirilib. Burada icra başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Hacıyev, ADAU-nun rektor əvəzi Zəfər Qurbanov, Gəncə şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, habelə ali və orta ixtisas məktəblərinin aparıcı alimləri, gənclər və ictimai təşkilat rəhbərləri, o cümlədən orta məktəb müəllimləri iştirak ediblər.

Bildirilib ki, bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini ötən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan məqsədyönlü siyasətdən alıb, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu gələcək inkişafın güclü təməlini yaradıb. Konfransın gedişatında mövzu ətrafında iştirakçıların məruzələri dinlənilib. Daha sonra fikir mübadiləsi aparılıb.

Ən Çox Oxunan