14.7 C
Gence
14.7 C
Gence

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir olub

Gəncədə Gənclər Günü ilə əlaqədar tədbir keçirilib. Bu haqda 3 fevral tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir İH-nin dəstəyi və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub. Burada icra başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş Konsulu Nikoloz İaşvili, Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin fəal gənclər iştirak ediblər.

Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək idarə tərəfindən 2022-ci il ərzində görülən işlər barədə məlumat verib. Ötən il ərzində ümumilikdə 130 tədbir reallaşıb və burada 6500-dən çox gənc iştirak edib.

Rəsmi hissənin sonunda Gəncə şəhərinin ictimai həyatında fərqlənən gənclər “Təşəkkürnamə”lərlə təltif olunublar. Tədbir gənclərin ifasında səsləndirilən şeir və musiqi nömrələri ilə davam edib.

Ən Çox Oxunan