Gəncədə daha bir prospektə mövsümi güllər əkilir. Bu haqda Gencexeber.az-a 10 iyun tarixində məlumat daxil olub.
Sözügedən işlər Heydər Əliyev prospekti boyunca aparılır. Əraziyə MKTİB-nin Yaşıllaşdırma şöbəsinin əməkdaşları cəlb olunublar. Burada avtomobil yolunun kənarına ot örtüyü salınır və mövsümi çiçəklər əkilir. Həmçinin güllərə aqrotexniki qulluq göstərilir.