10.3 C
Gence
0.5 C
Ganja

Heydər Əliyev Parkında simvolik olaraq, 44 ədəd ağac əkilib

Gəncədə Zəfər Günü ilə əlaqədar aksiya təşkil olunub. Bu haqda 8 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Ağacəkmə aksiyası Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Park-Xiyaban Kompleksində baş tutub. Burada icra başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, AMEA Gəncə Bölməsinin sədri Fuad Əliyev, GDU-nun rektoru Yusif Yusibov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və şəhid ailələri iştirak ediblər.

Tədbir zamanı simvolik olaraq, 44 ədəd ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib.

Xatırladaq ki, bu gün, 8 noyabr tarixində şəhər ərazisində Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilib.

Ən Çox Oxunan