Gəncədə şəhərin yaşıllaşdırılması üzrə işlər davam edir. Bu haqda 21 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Heydər Əliyev Park-Xiyaban Kompleksində abadlıq, təmizlik, təmir-bərpa işləri həyata keçirilib. Parkın ərazisində mövsümi dekorativ gül kolları əkilib, qurumuş ağacların budaqları kəsilib, fəvvarələrdə təmir və təmizlik işləri aparılıb. Mövsümi güllərə, dekorativ ağaclara xüsusi aqrotexniki qulluq göstərilib, bitkilər suvarılıb.