14.7 C
Gence
14.7 C
Gence

Heydər Əliyev Park-Kompleksində vətəndaşlarla görüş keçirilib

Gəncədə səyyar görüş baş tutub. Bu haqda 29 sentyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Niyazi Bayramov Heydər Əliyev Park-Kompleksinə baş çəkib. Tədbirdə Millət vəkili Müşfiq Cəfərov, Kəpəz İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev və Nizami İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, bələdiyyə sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüşdə sakinlərin müraciətləri dinlənilib. Səsləndirilən problemlər arasında işlə təminat, mənzil növbəsinə götürülmə, maddi yardımın göstərilməsi, subartezian quyusunun bərpası, çoxmənzilli yaşayış binalarının həyətlərinin abadlaşdırılması və s. məsələlər üstünlük təşkil edib.

Ən Çox Oxunan