Gəncədə daha bir festival keçiriləcək. Bu haqda 8 may tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “100 Festivalı” 10 may saat 17:00-da Heydər Əliyev Park-Kompleksində baş tutacaq. Tədbir veloyürüşlə başlayacaq. Daha sonra Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələri, həmçinin peşə sinifləri iştirak edəcəklər.
Məktəblilərin festivalda müxtəlif yaradıcılıq, əl işləri sərgiləyib, idman, rəqs, mahnı və digər təqdimatlarla çıxışları baş tutacaq.