Gəncədə gənclər üçün konfrans təşkil olunub. Bu haqda 7 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
“Heydər Əliyev – Gənclərin Zəngin İrs Mənbəyi” mövzusunda konfrans İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının və Gəncə Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində keçirilib. Burada AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev icra başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Natiqlər çıxışlarında ulu öndərin ömür yolu, dövlətçilik irsi və çoxşaxəli fəaliyyətindən bəhs ediblər.
Sonda şəhərin ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxs təşəkkürnamə ilə təltif edilib və xatirə şəkli çəkdirilib.