Gəncədə gənclər üçün tədbir keçirilib. Bu haqda 9 may tarixində Gənclər Evinə istinadən məlumat veririk.
“Heydər Əliyev irsini öyrənirik” adlı tədbir Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının, Gənclər və İdman Baş İdarəsinin və Gənclər Evinin birgə təşkilatçılığı ilə Heydər Əliyev mərkəzində baş tutub. Burada Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri vəzifəsini icra edən Nurəddin İbrahimov, Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gənclər Evinin direktoru Amil Qurbanov və 200-dən çox gənc iştirak ediblər.
Tədbirdə Heydər Əliyev irsi barədə ətraflı məlumat verilib. Muzeyin zəngin ekspozisiyası ilə tanışlıq zamanı iştirakçılara ulu öndərin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışılıb.
Sonda xatirə şəkli çəkdirilib.