19.1 C
Gence
19.1 C
Gence

“Heydər Əliyev imzasının tikmə üslubunda öyrədilməsi” təlimi başa çatıb

Gəncədə gənclər mükafatlandırılıblar. Bu haqda 6 may tarixində Gənclər Evinə istinadən məlumat veririk.

Gənclər Evi və Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev imzasının tikmə üslubunda öyrədilməsi” təlimi keçirilib. Burada 20 gənc mübarizə aparıb.

İlk 3 yerin sahibi mükafatlarla, digər iştirakçılar isə təşəkkürnamələrlə təltif olunublar. Tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri vəzifəsini icra edən Nurəddin İbrahimov və Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov xoş sözlərini gənclərə çatdırıblar.

Heydər Əliyev imzasının tikmə üslubunda öyrədilməsi
Gənclər Evi
Heydər Əliyev imzasının tikmə üslubunda öyrədilməsi
Gənclər Evi

Ən Çox Oxunan