24.7 C
Gence
24.7 C
Gence

“Hazır büdcə mühasibi” onlayn layihəsinə start verilir

“Hazır büdcə mühasibi” layihəsinə start verilir. Bu haqda Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəsmi Facebook səhifəsində elan olunub.

Maliyyə və mühasibatlıq sahəsi üzrə təhsil alan sonuncu kurs bakalavr, magistr və məzunlar Zoom tətbiqi vasitəsi ilə təlimi keçə bilərlər.

Layihə Gənclərin İnkişaf və Karyera Mərkəzi və İATM – İqtisadi Araşdırmalar və Tədris Mərkəzi tərəfindən təşkil olunub.

Təlim günləri həftənin ikinci və beşinci günləri saat 15:00-dan 17:00-a kimi keçiriləcək. İştirak üçün qediyyatdan keçmək lazımdır. Son müraciət tarixi 27 sentyabr olduğu qeyd olunub.

Ən Çox Oxunan