Gəncədə havanın keyfiyyət göstəriciləri açıqlanıb. Bu haqda 17 fevral tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat veririk.
Bu gün avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən, Gəncə şəhərində havanın keyfiyyət göstəriciləri norma daxilində olub. Dünən gecə saatlarında ölkə ərazisində hava şəraitinin yağıntılı keçməsi atmosfer havasının keyfiyyətinin yaxşılaşmasına şərait yaradıb.
Bildirilib ki, sinoptik vəziyyətə, gündəlik müşahidələrə və toz proqnoz modellərinə əsasən, gün ərzində havanın keyfiyyətinin əlverişli olacağı proqnozlaşdırılır.