21.4 C
Gence
20.5 C
Ganja

Hansı şagirdlər FLEX-ə müraciət edə bilərlər

Gəncəli məktəblilər Amerika Birləşmiş Ştatlarında ödənişsiz təhsil ala bilərlər. Bu haqda Gencexeber.az 23 sentyabr tarixində məlumat verir.

Bu, FLEX (Future leaders’ exchange – Gələcəyin liderlərinin mübadiləsi) proqramı ilə mümkündür. Layihə çərçivəsində seçilən yeniyetmələr 10 ay, yəni bir tədris ili boyunca ABŞ-də yaşayır və təhsil alırlar. Onun bütün xərcləri Amerikadakı müxtəlif təşkilatlar və məktəblini qəbul edən ailələr tərəfindən qarşılanır. Proqrama müraciət edən məktəblilərdən aşağıdakılar tələb olunur:

  • 15 fevral 2005 – 15 iyul 2008-ci il tarixlərində anadan olmalıdır;
  • İngilis dilini yaxşı və ya əla bilməlidir;
  • ABŞ-nin viza uyğunluğu tələblərinə cavab verməlidir;
  • Son 5 ildə ABŞ-də 3 aydan artıq qalmamalıdır;
  • Azərbaycan vətəndaşı olmalıdır.

FLEX imtahanı 3 turdan ibarət olur. Birinci tur üçün şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamənin surəti və əsli, 3x4sm ölçüdə şəkil lazımdır. Qeydiyyat elə imtahan günü həmin yerdəcə aparılır və sonra namizəd müsabiqəyə buraxılır. Burada 15 sualdan ibarət ingilis dilində  test tapşırığı olur və imtahan 15 dəqiqə çəkir.

İkinci turda ilk öncə dinləmə (listening) -dən imtahan verilir. Bundan sonra isə ingilis dilində inşa yazmaq tələb olunur.

Üçüncü turda müsahibə alınır və daha bir inşa yazmaq tələb olunur. Namizədlərə evdə və məktəbdə ailələrinə, müəllimlərinə və şəxsin özünə doldurmaq üçün formalar (sənədlər) verilir.

Hazırda FLEX proqramına qəbul prosesi aparılır. İştirak etmək istəyən şəxslər 13 oktyabr tarixinədək qeyd olunmuş linkə daxil olaraq, müraciət edə bilərlər.