5.8 C
Gence
5.8 C
Gence

Həssas əhali qrupu ilə bağlı iclas təşkil olunub

Gəncədə şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ilə bağlı iclas keçirilib. Bu haqda 19 sentyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

İclas qeyd olunan əhali qrupuna daxil vətəndaşlara göstərilən xidmət səviyyəsinin keyfiyyətinin artırılması ilə bağlı təşkil olunub. Tədbirdə Kəpəz və Nizami İcra Hakimiyyətlərinin başçıları Eldəniz Xudiyev və Nizami Hacıyev, bələdiyyə, Ağsaqqallar, Veteralnar və İctimai şuraların sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Şəhər rəhbəri görüş iştirakçılarının diqqətinə çatdırıb ki, yerli qurumlara müraciət edən şəhid ailələri, müharibə iştirakçıları və əlilləri dərhal qəbul edilməli, qaldırdıqları məsələlər operativ qaydada araşdırılaraq, qanunamüvafiq tədbir görülməlidir.

İclasda çıxış edən idarə, müəssisə və təşkilat rəhbərləri həssas kateqoriyadan olan şəxslərlə keçirilən görüşlər və onların müraciətlərinin həlli ilə bağlı görülən işlər barədə məlumat veriblər.

Ən Çox Oxunan