13.6 C
Gence
13.6 C
Gence

Şəhərin yaşıllaşdırılması üzrə işlər davam edir

Gəncədə bir sıra ərazilərə ağaclar əkilib. Bu haqda 23 noyabr tarixində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən məlumat veririk.

Növbəti əkin işləri şəhərin hava limanı istiqamətindəki çıxış və girişindən Heydər Əliyev parkının qarşısına qədər yolun hər iki tərəfində aparılıb. Burada 1200 ədəd Eldar şamı, tuya və leylandra ağaclarının əkilməsi nəzərdə tutulub.

Yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən mövcud və yeni əkilən yaşıllıq zonasına aqrotexniki qulluq göstərilib və suvarılması təmin edilib.

Ən Çox Oxunan