14.1 C
Gence
11.5 C
Ganja

Şəhərin mərkəzində sərgi-yarmarka təşkil olunub

Gəncədə sərgi-yarmarka keçirilib. Bu haqda Gencexeber.az-a 6 noyabr tarixində məlumat daxil olub.

Ötən həftə “Gəncəsənət” layihəsi çərçivəsində İncəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkasının təşkil olunacağı barədə xəbər vermişdik. Sərgi Filarmoniya Bağı və Urban Mərkəzində baş tutub. Burada yüzə yaxın sənətkarın və yaradıcı şəxslərin əl işləri nümayiş olunub.

Tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Pərvin Kazımov, KOBİA-nın koordinatoru Anar Əliyev, Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov, Regional Məşğulluq Filialının müdiri Elməddin Qurbanov, eləcə də şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ən Çox Oxunan