Gəncədə bir sıra küçələrdə təmizlik aksiyası baş tutub. Bu haqda 8 sentyabr tarixində MKTİB-yə istinadən xəbər veririk.
Söhbət Şah İsmayıl Xətai prospekti, Səməd Vurğun, Səbuhi Əliyev, Mehdi Hüseynzadə, Abdulla Şaiq və digər küçələrdən gedir. Adıçəkilən ərazilərə MKTİB-nin əməkdaşları və qurumun xüsusi texnikaları cəlb olunub. Küçələr məişət tullantılarından, alaq otlarından, eləcə də daş, qum və toz-torpaqdan təmizlənib.