16.9 C
Gence
12.5 C
Ganja

Şəhərin bir hissəsində mövsümi bitkilər əkilib

Gəncədə şəhərin yaşıllaşdırılması üzrə işlər aparılır. Bu haqda 20 noyabr tarixində MKTİB-yə istinadən məlumat veririk.

Gülçülük və Tingçilik sahəsində becərilən ağacların şəhərin müxtəlif ərazilərinə köçürülməsi prosesi həyata keçirilir. Nizami yurdunun şərq girişi istiqamətində yerləşən maqistral yolun sağ və sol hissəsində payızlıq ağacəkmə kampaniyası baş tutub. Sözügedən əraziyə 2 min Eldar şamı tingi əkilib. Həmçinin mövcud və yeni əkilən yaşıllıq zolağına aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik işləri aparılıb. Həmin sahədə damcı suvarma sistemi tətbiq olunmaqla ağacların suvarılması təmin edilir.

Analoji ağacəkmə aksiyası qarşıdan gələn günlərdə də şəhərin park və xiyabanlarında, qərb istiqamətindəki magistral yolun sağ və sol hissəsində, “Comərdi Qəssab” türbəsinin ətrafında keçiriləcək.

Ən Çox Oxunan