12.5 C
Gence
10.5 C
Ganja

Şəhərdə Yeni ilə hazırlıq işləri gedir

Gəncədə süni küknar ağacının qurulmasında son tamamlama işləri görülür. Bu haqda Gencexeber.az-a 22 dekabr tarixində məlumat daxil olub.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə Gəncə şəhərində bir sıra tədbirlərin təşkili məqsədilə hazırlıqlara başlanıb. Məlumat verdiyimiz kimi, şəhərin baş meydanında Gəncənin ən böyük yeni il küknarı qurulur. Bunun üçün əraziyə MKTİB-nin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yeni ilin simvolu hesab edilən küknarın hündürlüyü 25 metr, eni isə 20 metrdir. Süni ağac müxtəlif oyuncaqlar və işıq effektləri ilə bəzədiləcək. Yolkanın ətrafında Şaxta baba, Qar qız və nağıl qəhrəmanları üçün xüsusi yerlər hazırlanıb.

Qeyd edək ki, Heydər Əliyev park-kompleksinin qarşısında da süni küknar ağacı qurulur.

Ən Çox Oxunan