Gəncədə şəhərin yaşıllaşdırılması üçün işlər görülür. Bu haqda Gencexeber.az-a 28 aprel tarixində məlumat daxil olub.
Söhbət Gəncəçayın sağ sahilindəki Tağı Arani küçəsindən gedir. Burada MKTİB-nin Yaşıllaşdırma İdarəsinin əməkdaşları çalışıblar. Onlar əraziyə avtomobil yolu boyunca şam ağacları əkiblər.
Daha sonra əkilmiş bitkilər suvarılıb.