Gəncə şəhərində 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Bu haqda 2 mart tarixində Gəncə ŞİH-yə istinadən xəbər veririk.
Gəncə Şəhər İcra Hakimiyyəti və FHN-in Gəncə Regional Mərkəzi əməkdaşlarının iştirakı ilə Gəncə Tibb Kollecində, Gəncə Avtomobil Zavodunda və Azərbaycan Texnologiya Universitetində “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda tədbirlər keçirilib.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
Baş tutan tədbirlərin əsas məqsədi əhalinin və tələbələrin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə etmək – bir sözlə, qaydaları nəzəri və əməli cəhətdən öyrətməkdir.