19.1 C
Gence
19.1 C
Gence

Şəhərdə ağacların budanması işləri həyata keçirilib

Gəncədə mövsümi dəyişikliklərlə əlaqədar ağacların budanması işləri təşkil olunub. Bu haqda 19 aprel tarixində MKTİB-yə istinadən məlumat veririk.

İşlər MKTİB-nin əməkdaşları tərəfindən görülüb. Şəhərdə infrastruktur hava xətlərinə maneçilik törədən, eləcə də müxtəlif ünvanlarda yaşayan sakinlərin müraciəti əsasında irigövdəli ağaclar budanıb.

İsmət Qayıbov küçəsi, 123 saylı evin sakini Dəmirova Sevil Zeynal qızının rəsmi müraciəti əsasında MKTİB-nin Yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən sözügedən ünvandakı irigövdəli çinar ağacının qollarının evə vura biləcək ziyanın qarşısını almaq məqsədilə budanması aparılıb.

Ən Çox Oxunan