Gəncədə diabet xəstələrinin sayı məlum olub. Bu haqda 15 noyabr tarixində Şəhər Birləşmiş Xəstəxanasına istinadən məlumat veririk.
Şəhər Birləşmiş Xəstəxanasının Statistika bölməsinin məlumatına əsasən, hazırda Nizami yurdunda 14 808 nəfər şəkərli diabet xəstəsi var. Bildirilir ki, onlardan 57-si uşaqdır.
İnsulindən asılı I tip şəkərli diabet xəstələrinin sayı isə 627 nəfərdir.
Qeyd edək ki, şəkərli diabet xəstələri mərkəzləşdirilmiş qaydada verilən dərman preparatları ilə təmin olunurlar.