FHN-in Mülki Müdafiə Qoşunlarının üzvləri intellektual yarışmada iştirak ediblər. Bu haqda 22 may tarixində Gəncə Şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər veririk.
Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində “Heydər Əliyev İli” çərçivəsində zabitlər, gizirlər, müddətdən artıq hərbi xidmət edənlər və əsgərlər arasında intellektual yarış keçirilib. Yarışda 10 komanda çıxış edib.
Yarışın sonunda “Qəza xilasetmə taboru” 1-ci yerə, “Xilasetmə taboru” 2-ci yerə, “Maddi təminat bölüyü” 3-cü yerə layiq görülüb.
Bu münasibətlə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və hərbi hissə komandiri Azər Əliyev qalibləri təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar. Qalib komandalara Baş İdarənin müvafiq diplomları təqdim edilmişdir.
Yarışın yüksək səviyyədə təşkilinə görə hərbi hissənin Fəxri Fərmanı Baş İdarə rəisi Həmid Nəsirov və kollektivinə təqdim olunub.