21 C
Gence
21 C
Gence

Şəhər ərazisində mövsümi güllər əkilib

Gəncədə gül əkini davam edir. Bu haqda 19 may tarixində MKTİB-yə istinadən məlumat veririk.

MKTİB-nin Yaşıllaşdırma şöbəsinin əməkdaşları Heydər Əliyevin adını daşıyan parkın ətrafındakı yol kənarlarına yeni mövsümi güllər əkiblər. Burada gül əkini ilə yanaşı, gündəlik iş planına uyğun olaraq, sözügedən ərazidə təmizlik, suvarma və aqrotexniki qulluq işləri də icra olunub.

Qurumun əməkdaşları tərəfindən 20 Yanvar şəhidlərinin əziz xatirəsinə ucaldılmış abidə ətrafına, eləcə də Şah İsmayıl Xətai prospekti boyu yolkənarı ərazilərə də müxtəlif adda güllər əkilib.

Ən Çox Oxunan