Gəncədə şəhid plakatları silinib. Bu haqda 28 fevral tarixində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən məlumat veririk.
MKTİB-nin Ərazi Xidmət Sahələri tərəfindən şəhərin Heydər Əliyev prospektində və Zaur İsmayılov küçəsində asılmış Vətən müharibəsi şəhidlərinin fotoşəkilləri olan lövhələr yuyularaq təmizlənib. Görülən işlərə birliyin texnikaları və su maşınları da cəlb olunub.