17.5 C
Gence
17.5 C
Gence

Şəhər ərazisində gül əkini aksiyası baş tutub

Gəncədə mövsümi güllərin əkini davam edir. Bu haqda 17 aprel tarixində MKTİB-yə istinadən məlumat veririk.

Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsi tərəfindən şəhərin Nizami Gəncəvi prospektində yerləşən dairəyə, 38 saylı hərbi şəhərciyin girişindəki ulu öndərin lövhəsi ətrafına, Park – bulvar Kompleksinin girəcəyinə və İmamzadə ziyarətgahının ərazisinə petunya, tagetes, delfinium və antirhinum kimi mövsümi güllər əkilib.

Həmçinin burada mövcud yaşıllıqlar, güllər və gül kollarına aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib. Anoloji gül əkini aksiyası şəhər ərazisində davamlı həyata keçiriləcək.

Ən Çox Oxunan