Gəncədə növbəti aksiya keçirilib. Bu haqda 11 may tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Ağacəkmə aksiyası “Heydər Əliyev İli” və dahi şəxsiyyətin anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil olunub. İcra Hakimiyyəti və Gəncə Dövlət Tarix Mədəniyyət qoruğunun təşkilatçılığı ilə böyük azərbaycan şairi Nizami Gəncəvinin Məqbərə kompleksi ərazisində 100 ədəd Eldar şamı və sərv ağacları əkilib.
Məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə vermək olub.