14.1 C
Gence
11.5 C
Ganja

Şəhər rəhbərliyi Peşə Təhsil Mərkəzində sakinləri qəbul edib

Gəncədə növbəti səyyar görüş keçirilib. Bu haqda 2 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

İcra başçısı Niyazi Bayramov Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində vətəndaşlarla görüşüb. Onunla yanaşı, görüşdə Millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Öncə Peşə Təhsil Mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış lövhənin önünə gül dəstələri düzülüb.

Daha sonra sakinlər onları narahat edən məsələləri səsləndiriblər. Müraciətlər arasında işlə təminat, müayinə və müalicə üçün göndərişin verilməsi, maddi köməklik və s. məsələlər üstünlük təşkil edib. Problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib. Müraciətlərin bir çoxu yerindəcə həllini tapıb.

Ən Çox Oxunan