19.7 C
Gence
19.7 C
Gence

Şəhər Birləşmiş Xəstəxanasında mülki müdafiə məşqi baş tutub

Gəncədə mülki müdafiə (MM) məşqi keçirilib. Bu haqda 17 may tarixində Birləşmiş Xəstəxanaya istinadən məlumat veririk.

“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda tədbir Birləşmiş Xəstəxanada təşkil olunub. Məşqdə FHN-nin regional mərkəzinin mülki müdafiə şöbəsinin əməkdaşları iştirak ediblər.

Məqsəd rəhbər heyətin və MM qüvvələrinin fövqəladə hadisələr zamanı fəaliyyət göstərməyə hazırlıq səviyyəsini müəyyən etmək, işçilərin fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə biliklərini artırmaq, MM sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasının və MM idarəetmə orqanlarının fövqəladə hallar üzrə komissiyalarının fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və operativ olaraq yerinə yetirilməsi üzrə praktiki vərdişlər aşılamaq olub.

Ən Çox Oxunan