17.5 C
Gence
17.5 C
Gence

Həmid Nəsirov Velosiped Federasiyasının nümayəndələri ilə görüşüb

Azərbaycan Velosiped Federasiyasının Gəncə nümayəndəliyinin rəhbərliyi və məşqçiləri ilə görüş keçirilib. Bu haqda 3 may tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.

Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Velosiped Federasiyasının nümayəndələri ilə müzakirə aparıb. O, Nizami yurdunda velosiped idman növünə marağın böyük olduğunu və artıq Gəncədə Gənclər və İdman Nazirliyi və Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə peşəkar yarışların keçirildiyini qeyd edib. Həmçinin Nəsirov Gəncənin şəraitinə və relyefinə uyğun olaraq, velosiped məktəbinin nəticəyə köklənmiş perspektivi olduğunu vurğulayıb.

Velosiped Federasiyasının Gəncə nümayəndəliyinin məşqçisi Maksim Averin şəhərimizdə olmağından məmnun olduğunu, burada velosiped idman növünə insanların həvəsinin və əlverişli şəraitin olmasını bildirib. Məşqçi hal-hazırda baza kimi Olimpiya İdman Kompleksindən istifadə etdiklərini və İdman növündə peşəkar şəxsləri yetişdirmək üçün orta məktəblərdə yığım işlərini planlaşdırdıqlarını qeyd edib.

Ən Çox Oxunan