25.5 C
Gence
17.5 C
Ganja

Həmid Nəsirov SOS Uşaq kəndini ziyarət edib

Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi SOS Uşaq kəndində olub. Bu haqda 13 aprel tarixində Azərforum-a istinadən məlumat veririk.

Ziyarətdə idarənin rəisi Həmid Nəsirov və bir sıra əməkdaşlar iştirak ediblər. Gəzinti zamanı Gəncə SOS Uşaq kəndinin direktoru Nəsimi Ələkbərli qonaqları burada yaradılmış şəraitlə tanış edib. Həmid Nəsirov uşaqların qayğıları ilə maraqlanıb. Onlarda idmana böyük marağın olduğunu nəzərə alaraq, Baş idarə tərəfindən bir sıra idman tədbirlərinin burada keçirilməsi qərarı alındı.

Sonda uşaqlarla xatirə şəkli çəkdirilib.