Gənclər və İdman Baş İdarəsinin rəisi fəal gənci təltif edib. Bu haqda məlumatı sentyabrın 24-ü quruma istinadən veririk.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Hüseyn Bədəlovla görüşüb. Gənc Nizami Yurdunun ictimai-siyasi həyatında fəal iştirakına və Baş İdarənin keçirdiyi tədbirlərdə göstərdiyi dəstəyə görə qurumun rəhbərinin müvafiq əmri ilə Fəxri Fərmanla təltif edilib.
Qeyd edək ki, Hüseyn Türkiyə Cümhuriyyətinin ən prestijli universitetlərindən biri olan İstanbul Aydın Universitetində magistr təhsili alacaq.
Bu münasibətlə Həmid Nəsirov onu təbrik edərək gələcək işlərində uğurlar arzulayıb və olduğu yerdən asılı olmayaraq, daim Azərbaycanın maraqlarını qorumaq və təbliğ etmək üçün vətənpərvərlik nümayiş etdirməli olduğunu diqqətinə çatdırıb.