Gəncədə bir sıra ixtisas üzrə həkimlərə ehtiyac var. Bu haqda 9 avqust tarixində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən məlumat veririk.
TƏBİB tibb müəssisələrinə həkim-mütəxəssislərin işə qəbulunu elan edib. Belə ki, Gəncə Birləşmiş Şəhər Xəstəxanasında aşağıda qeyd olunan ixtisaslar üzrə boş yerlər var:
- Anestezioloq-reanimatoloq;
- Dermatoveneroloq;
- Endokrinoloq;
- Kardioloq;
- Mama-ginekoloq;
- Nefroloq;
- Neonatoloq;
- Nevroloq;
- Neyrocərrah;
- Oftalmoloq;
- Otorinolarinqoloq (LOR);
- Travmatoloq-ortoped;
- Ümumi cərrah.
Həkim-mütəxəssis vəzifəsi üzrə tələb olunan sənədlərin siyahısı:
– şəxsiyyəti təsdiq edən sənəd;
– əsas (baza ali) tibb təhsil haqda sənəd (diplom) (xarici dövlətlərin ali tibb təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla));
– xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamə (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
– sertifikasiya şəhadətnaməsi (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azad olma halları istisna olmaqla);
– əmək kitabçası (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
– elmi dərəcə və elmi ad haqqında dövlət sənədi (olduğu halda);
– xarici dil və kompüter biliklərini təsdiq edən sənəd (olduğu halda);
– seminar/konfranslarda iştirak etməni təsdiq edən sənəd (olduğu halda).
İşə qəbul olmaq istəyən şəxslər anket formasını https://bit.ly/3JAIFcx dolduraraq tələb olunan sənədlərin elektron nüsxələri ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərməlidirlər. Son müraciət tarixi 31 avqustdur.