16.9 C
Gence
16.9 C
Gence

Həkim-anestezioloq-reanimatoloqlar üçün təlim baş tutub

Gəncədə tibbi personal üçün təlim keçirilib. Bu haqda 3 may tarixində Birləşmiş Xəstəxanaya istinadən məlumat veririk.

Təlim həkim-anestezioloq-reanimatoloqlar üçün təşkil olunub. Burada Birləşmiş Xəstəxananın həkim mütəxəssisləri ilə yanaşı, digər yaxın rayonlardan dəvət edilmiş həkimlər də iştirak ediblər.

Tədbirdə Deksmedetomidinin anesteziologiya və reanimasiyada istifadə qaydaları izah olunub. Həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ən Çox Oxunan