Gəncədə həftəsonu əyləncəli şənliklər təşkil olunacaq. Bu haqda 2 iyun tarixində “Gəncə Mall”a istinadən məlumat veririk.
Şənliklər “Gəncə Mall”da keçiriləcək. 3 iyun saat 16:00-17:00 aralığında “Ganja Band” qrupu çıxış edəcək. 4 iyun saat 16:00-da balaca qonaqlar üçün Tofiq Kərimin “Quyruqsuz ulağın sərgüzəştləri” adlı tamaşa nümayiş olunacaq.
Tədbirlərdə iştirak ödənişsizdir.